UX Dizayn. Son zamanların dəbli karyerasının ömrü sona çatır?

Turkan Devrijova
4 min readOct 16, 2023
Unsplash: UXIndo

Bundan əvvəlki son iki iş yerimdə (Kapital bankda UX Researcher və Bakı Dizayn Akademiyasında Karyera mərkəzinin rəhbəri kimi) əldə etdiyim təcrübə və müşahidələrimə əsasən UX sahəsində karyera barədə fikirlərimi bölüşmək istəyirəm.

Kapital bankda 2 ildən çox müddətdə UX Researcher olaraq işlədim və əsasən Birbank və SME məhsulları olmaqla bir çox digital məhsulun inkişağı üçün UX Research işərində qatqım olub. Bankda UX Researcher adı ilə işə qəbul olunan ilk əməkdaş mən idim. Sonra digər bacarıqlı kolleqalarım da qoşuldu və komanda yavaş-yavaş formalaşdı. Ona görə də hələ UX anlayışı yeni yeni məşhurlaşmağa başladığı vaxtlardan müştəri təcrübələrinə əsaslanmağın əhəmiyyətinə yaxşı bələdəm. Bir məhsul onun əsas istifadəçilərinin tələblərinə cavab verirsə, istifadəçilərin rahatlığı əsas düşünülərək yaradılıbsa uğursuz olması mümkün deyil.

Bəs bu ixtisası seçənlər, UX design üzrə sonradan kurs alıb yeni peşə əldə edənlər həvəsi var deyə və şüurlu şəkildə bu sahəni seçir yoxsa sadəcə trenddir deyə, freelance işləmə imkanı verir və.s səbəblərə görə?

Əsasən pandemiyadan sonra evdən işləmək, coffeeshopda oturub uzaqdan pul qazanmaq hype oldu, freelance blogger-lərin videoları, “A day in life of a UX Designer” tipli “cool” videolar içi mən qarışıq çox adamı həvəsləndirdi :)

--

--